Qubadlı rayonunda silah-sursat aşkar edilib 

18:29 16.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 16-da Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 14 ədəd müxtəlif növ qumbara və alışqanları, 41 ədəd qumbaraatan mərmisi, 1 avtomat, 3 avtomat darağı və müxtəlif çaplı 4313 patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Polis əməkdaşları işğaldan azad olunmuş ərazilərdə silah-sursatın aşkarlanması məqsədilə nəzarət-profilaktiki tədbirləri davam etdirirlər.